Lənkəranda 2 avtomobil toqquşub

  • By admin
  • 19 Yanvar 2018 16:27


Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  məlumatına görə, qəza rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Veravul kənd sakini, 1954-cü il təvəllüdlü Sərraf Əzizullayevin idarə etdiyi 42-CA-366 nömrə nişanlı “VAZ 2107” markalı minik maşını ilə Xarxatan kənd sakini, 1977-ci il təvəllüdlü Valeh Babayevin idarə etdiyi 99-BF-750 nömrə nişanlı “Mercedes Vito” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info