“Lapşin bizdən ucuz qurtulmamalıdır…” - POLİTOLOQ

  • By admin
  • 25 İyul 2017 21:28

elxan sahinoglu

“Rusiyanın Azərbaycandakı səfirliyinin həbs olunan bloqqer Aleksandr Lapşinin ekstradisiyasına yardım etməyə hazır olması haqqındakı bugünkü açıqlaması rəsmi Bakıya təzyiq mahiyyəti daşıyır. Yəni, demək istəyirlər ki, məhkəmə bitdi, iş verdiz, indi onu bizə verin”.

Gununsesi.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, deyib ki, bu adam ekstradisiya olunsa belə, əvəssiz olmamalıdır.

“Böyük ehtimalla bu adam Rusiyaya ekstradisiya olunduqdan sonra sərbəst buraxılacaq və Rusiyadakı erməni lobbisndən aldığı dəstək sayəsində yenidən Azərbaycana qarşı təxribatlarını davam edəcək, hətta, mümkündür ki, İrəvanın sevimli qonağına çevrilsin.

Ona görə də bu adam bizdən ucuz qurtulmamalıdır”-deyə, politoloq sözlərinə əlavə edib.

Gununsesi.info