Lapşindən xəbər var

  • By admin
  • 27 Aprel 2017 20:22

lapsin

 

Bakıda həbsdə olan bloqer Alenksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq təcridxanasının tibb məntəqəsində vəkili ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.

Onun sözlərinə görə, A.Lapşin hazırda tibb məntəqəsində müalicə olunur: “Müalicələri davam etdirilir, özünü normal hiss edir, vəziyyətində kəskinləşmə yoxdur. Lapşin həmçinin müstəntiqlə də görüşdü və istintaq materialları ilə tanış oldu. İstintaq barədə müstəntiq Lapşindən lazım olan məlumatları soruşdu. Hələ ki, istintaq davam edir, yaxın günlərdə istintaqın yekunlaşması gözlənilmir”.

Vəkil bildirib ki, A.Lapşinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur.

Xatırladaq ki, A.Lapşin bir müddət əvvəl səhhəti ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişdi. O, təcridxana nəzarətçilərinin müşayiəti ilə Bakıdakı özəl klinikalardan birinə aparılıb və orada müayinə olunub. Müayinə zamanı ona “ürəyin taxikardiyası” diaqnozu qoyulub. Müayinələrdən sonra Lapşin təcridxananın tibb məntəqəsinə köçürülüb.

 

Gununsesi.info