Lavrov bu deməknən Azərbaycan cəmiyyətinə “mesaj” verib - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 18 Yanvar 2017 12:21

Elxan Shahinoglu

“Mətbuat konfransında Sergey Lavrova Qarabağla bağlı əsas sualı Lider TV-nin əməkdaşı verib. Sual normaldır, “Biz işğalçıya qarşı anti-terror əməliyyatı keçirsək, Rusiya hansı reaksiyanı verəcək?” Lavrov da “necə” reaksiya verəcəklərini deyib. Yaxşı ki, Lider TV-nin əməkdaşı həmin sualı Lavrova verib, yoxsa Rusiya xarici işlər naziri hələ uzun müddət bizimlə siçan-pişik oynayacaqdı”.

Bu haqda  Gununsesi.info-ya açıqlama verən  Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun  Dağlıq Qarabağ münaqişəsinə yönəlik səsləndirdiyi bütün fikirlərin Azərbaycan əleyhinə olduğunu bildirib:Belə də isə deyib ki, siz haqlı deyilsiz, müharibəyə başlaya bilməzsiniz və cəbhə bölgəsində monitorinqin genişlənməsinə razılaşmalısınız. Bəlkə də Lavrov belə bir sualı çoxdan gözləyirmiş, fürsət düşüb düşündüklərini də deyib və bu yolla rəsmi Bakıya və Azərbaycan cəmiyyətinə mesaj göndərib. Lider TV həmin sualı verməsəydi belə, Lavrov başqa yolla həmin cavabı nə vaxtsa dilə gətirəcəkdi. Yubatmağa ehtiyac yox idi, tez bilməyimiz yaxşı oldu…”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info