Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

07 Dekabr 2017 - 14:22

Lavrov və Tillersondan Qarabağla bağlıAÇIQLAMA

“Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımı davam etdirəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun olmalıdır.

Sergey Lavrovun fikrincə, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindən biridir.

O, ATƏT-in terrorizmə qarşı mübarizədə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, ATƏT-in təşkilat məkanında, həmçinin siyasi sahədə gərginliyin azaldılmasına kömək göstərəcəyinə ümid etdiyini bildirib.

“ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.

Bunu isə ABŞ dövlət katibi Reks Tillerson ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.

Gununsesi.info





loading...