Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

18 Noyabr 2017 - 13:09

Lerikdə qohumunun evindən oğurluq edən şəxsin digər cinayəti üzə çıxıb

Lerikdə qohumunun evindən oğurluq edən şəxsin digər cinayətləri üzə çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Lerik rayonundakı evlərin birindən oğurluq edilməsi barədə Polis Şöbəsinə müraciət daxil olub.

Araşdırmalarla noyabrın 15-də həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyaları, 250 manat pul və 2 ədəd maaş kartının oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsinə şübhələr yarandığından həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edərək oğurladığı qızılı və pulu könüllü olaraq istintaqa təhvil verib.

Ətrafında aparılan tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. S.Məmmədzadənin bu ilin sentyabrın 6-da rayon ərazisindəki daha bir evdən 1040 manat dəyərində qızıl, 596 manat pul və bəzək əşyaları oğurlaması, həmin zinət əşyalarını Bakıdakı qızıl mağazalarından birinə 520 manata satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info





loading...