Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.
Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O.İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.
Gununsesi.info