Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

15 Sentyabr 2017 - 22:10

Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında- FOTO

leyla-ressamliqakademiya
Dövlət Rəssamlıq Akademiyasında təhsil alan fiziki qüsurlu tələbələrin tədris şəraitini yaxşılaşdırmaq üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə işlər həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, sentyabrın 15-də Fondun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasında tələbələrin təhsil şəraiti ilə tanış olub.

Rəssamlıq Akademiyasında fiziki qüsurlu tələbələrin təhsil şəraitinin yaxşılaşdırılmasının, onların istedadının inkişaf etdirilməsinin Heydər Əliyev Fondunun diqqətində olduğu qeyd edilib. Bu baxımdan Fondun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq akademiyada tələbələrlə görüşür, onlara yaradıcılıq barədə tövsiyələrini verir. Bildirilib ki, hazırda fiziki qüsurlu tələbələr üçün akademiyada lift quraşdırılıb və bu, xüsusi qayğıya ehtiyacı olan tələbələrin yuxarı mərtəbələrə rahat qalxıb-düşmələrinə şərait yaradır. Akademiyada, həmçinin fiziki qüsurlu tələbələrə emalatxanada xüsusi şərait yaradılıb.

Bildirilib ki, Dövlət Rəssamlıq Akademiyasında hazırda 30-dək fiziki qüsurlu tələbə təhsil alır. Onlar istedadları ilə seçilir, bu təhsil ocağını müxtəlif beynəlxalq səviyyəli müsabiqələrdə layiqincə təmsil edirlər. Onu da deyək ki, Dövlət Rəssamlıq Akademiyasında təhsil alan fiziki qüsurlu tələbələr Heydər Əliyev Mərkəzində keçirilən sərgilərdə də fəal iştirak edirlər. Ümumilikdə isə yeni tədris ilində akademiyaya 400-ə yaxın tələbə qəbul olunub. Burada təhsil alanlar arasında Türkiyə, Rusiya, Pakistan, Makedoniya və digər ölkələrdən olan ümumilikdə 130-a yaxın xarici tələbə var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasının tələbələrinə yeni tədris ilində və yaradıcı işlərində uğurlar arzulayıb.

Akademiyanın müəllim-tələbə kollektivi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

leyla

Gununsesi.info





loading...