Lift kabinəsi ilə şaxtanın divarı arasında qalıb öldü - BAKIDA DƏHŞƏTLİ OLAY

  • By admin
  • 17 Mart 2018 10:34
Bakıda lift ustasını elektrik cərəyanı vurub.
Gununsesi.info-nun “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən, martın 16-sı saat 16:40 radələrində paytaxtın Aydın Nəsirov küçəsi 54 ünvanında yerləşən hündürmətəbəli binada baş verib.
Lift ustası, Abşeron rayon sakini, 1983-cü il təvəllüdlü Ədalət Balakişiyev lifti təmir edən zaman onu elektrik cərəyanı vurub. Ə.Balakişiyev müvazinətini itirərək yıxılıb və şaxtada liftin kabinəsi ilə divar arasına düşüb. Orada sıxılaraq ölüb.
Gununsesi.info