“Live Your Goals” festivalı keçiriləcək

  • By admin
  • 22 Sentyabr 2017 17:12

20

Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda FİFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə 6-16 yaş qızlar arasında “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı təşkil olunacaq.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, “Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq, “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri FİFA U-17 Qadınlarlararası Dünya Çempionatı ərəfəsində keçirilib. Festival Bakıda, Sumqayıtda, Zaqatalada, Qubada, Şəkidə, Masallıda, Qaxda, Xaçmazda, Qəbələdəvə s. şəhərlərdə müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.

Anar

Gununsesi.info