“London terrorçusu” Bosniyada radikal qruplaşmanın tərkibində döyüşüb

  • By admin
  • 25 Mart 2017 20:20

london-foto-220317-3

 

Londonda martın 22-də terror hücumu törədən Xalid Məsud 1992-95-ci illərdə Bosniya münaqişəsi dövründə qəddarlığı ilə tanınmış “Əl Mücahid” radikal dini qruplaşmanın tərkibində döyüşüb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın “Blic” nəşri məlumat yayıb.

Məlumata görə, X.Məsud 1993-cü ilin mayın 1-də könüllü Bosniyaya gedərək, Bosniya və Herseqovina ordusunun 3-cü korpusunun tərkibində döyüşən ərəb silahlılarından ibarət  “Əl Mücahid” dəstəsinə qoşulub.

X.Məsud 1995-ci ilin dekabrın 25-də Bosniyadan Britaniyaya qayıdıb.

 

Gununsesi.info