Lotu Quli “qanuni oğruların” toplantısını pozdu

  • By admin
  • 22 İyul 2017 12:26
b80b9a9d7898d030a4db01fc1c98d92c
Azərbaycanlı kriminal avtoritet Lotu Quli “oğru dairəsinin” genişlənməsi ilə bağlı toplantını pozub.
Gununsesi.info “primecrime”-yə istinadən xəbər verir ki, Lotu Quli   kriminal aləmdə “Slipoy Əhməd” kimi çeçenəsilli Hüseyn Əhmədovun “oğru aləmi”nin genişləndirilməsi və yeni “qanuni oğru” adı alması ilə bağlı keçirdiyi toplantının qarşısını alıb.  “Slepoy Əhməd”    Sabirabadlı Hikmətin  yaxın qohumu Məmmədqulu Muxtarovun və İlya Qaqauzu  ad verilməsi ilə bağlı toplantı keçirməyi planlasdırdığı ambiçioz toplantı  baş tutmayıb. Baxmayaraq ki, Lotu Quli 22 ildir həbsda yatır, ancaq o, kriminal aləmdə ba. Verən proseslərə aktiv müdaxilə etmək imkanaın malik  ciddi fiqur hesab olunur.
Qulinin toplantını pozmasına səbəb isə  “Slepoy Əhməd”in  onun üzərindən keçərək azərbaycanlı şəxslərin bu “çevrəyə” daxil olması pis təsir edib.   Düzdür Quli kriminal aləmdə əgər azrbaycanalılarla, dostları və “ailə üzvlərindən”  kənar baş verən ümumi xarakterli məsələlərə qarışmır.  Çünki  bütün azərbaycanlı tacirlər və iş adamları Quliyə ehtiram bəslədiklərindən, o da öz növbəsində onalrı fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq müdafiə edir və lazım gəldiyi anda silaha da sarılır.
Qeyd edək ki, Rövşən Lənkəranskidən sonra  Quli  digər millətdən olan kriminal avtoriteti onun bazarına müdaxilə etməyə imkan vermədi.Baxmayaraq ki, Əhməd, Canqveladze, Parpaliya  Rövşənin  yaxın adamlarından olsa da, Quli onlara qarşı kin bəsləmir. Ona görə də azərbaycanlıların məsələsi Qulisiz həll edilmir.
Hazırladı: Mürtəza
Gununsesi.info