Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018

16 Yanvar 2018 - 15:44

“Lüğətə daxil edilmiş sözlər barədə haqlı etirazlar söylənilməkdədir”- SABİQ TQDK SƏDRİ

“Orfoqrafiya lüğəti yaratmaq ciddi, çox zəhmət tələb edən bir işdir. Təbii ki, bu lüğətdə, orfoqrafik qaydalarda dəyişikliklər labüddür. Lakin bu işlər yalnız bir qrupun istəyi və iradəsi ilə ola bilməz”.

Bunu Gununsesi.info-ya keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub deyib.

Onun sözlərinə görə, bunun üçün prinsiplər, meyarlar müəyyənləşdirilməli, dilçi alimlər, ali və orta məktəb müəllimləri arasında geniş və açıq müzakirə təşkil edilməlidir: “Unutmaq lazım deyil ki, bu dəyişikliklər dərsliklərdə, tədris vəsaitlərində də dəyişiklik tələb edir. Dərslik, tədris vəsaitlərinin çapı isə xeyli maliyyə və vaxt tələb edir. Ona görə də, bu lüğəti hazırlayanlar Təhsil Nazirliyi və digər qurumlarla vaxt məsələsini müzakirə edərək, razılığa gəlməlidirlər”.

Cəmiyyətin bu dəyişikliklərə qınağına gəldikdə isə sabiq TQDK sədri  deyib ki, yeni elan olunmuş qaydalar, lüğətə təzə daxil edilmiş sözlər barədə kəskin, çox zaman da haqlı etirazlar söylənilməkdədir: “Orfoqrafiya problemləri üzərində çalışanlar onları diqqətlə araşdırıb nəticə çıxarmalıdırlar”.

Mürtəza

Gununsesi.info