Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

18 Yanvar 2018 - 18:05

Məhbuslar qiyam qaldırdı- XÜSUSİ TƏYİNATLILAR HƏBSXANAYA YERİDİLDİ

Parisin cənubundaki Fleury-Merogis həbsxanasında məhbuslar qiyam qaldırıb.

Gununsesi.info “Sputnik News”a istinadən verdiyi xəbərə görə, 123 məhbus qiyam qaldıraraq öz kameralarına qayıtmaqdan imtina edib. Onlar gəzinti vaxtının ixtisar olunmasından sonra bu addımı atıblar. Həbsxana rəhbərliyi isə məhbusların narazılığı üçün səbəb olmadığını bildirib.

Hadisə yerinə azadlıqdan məhrumetmə yerlərində baş verən bu tip hadisələrə müdaxilə edən “Eris” xüsusi təyinatlıları gətirilib.

Bu həbsxana Avropanın ən böyük həbsxanasıdır və orada 4,3 mindən çox məhkum saxlanılır.

Qeyd edək ki, həftənin əvvəlində həmin həbsxananın nəzarətçiləri məhkumların əməllərinə qarşı etiraz aksiyası keçiriblər. Ötən həftə Vanden-le-Vyey kommunasındakı həbsxanada 3 nəzarətçi hücuma məruz qalıb və xasarət alıb. Bundan sonra həmkarlar ittifaqı ölkə üzrə həbsxana əməkdaşlarını etiraz aksiyalarına çağırıb.

Gununsesi.info