VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017

18 İyul 2017 - 09:58

Məktəbəhazırlıq proqramı üzrə təlim kursları davam edir

02

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, kurslar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunub.

İyulun 13-də başlayan və ayın 20-dək davam edəcək təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Qeyd edək ki, təlimləri uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar veriləcək.

Anar

Gununsesi.info




loading...
Loading...