Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017

07 Dekabr 2017 - 15:28

Məmurlar xidməti avtomobildənTAKSİYƏ KEÇİRİLİR

Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) öz əməkdaşlarını xidməti avtomobillərdən azad edərək taksi xidmətindən istifadə etmələrinə qərar verib.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Maksim Oreşkin “Gazeta.ru” saytına müsahibəsində bildirib.

“Nazirliyin xərclərinin əsas elementlərindən biri xidməti avtomobillərə çəkilən xərclərdir. Artıq əməkdaşların və hətta departament direktorlarının xidməti avtomobillərdən imtina edərək taksi xidmətindən istifadə etmələri üçün layihə həyata keçirmişik”, – deyə nazir əlavə edib. Nazirin fikrincə, bu qərar nəticəsində hər avtomobildə 4 qat qənaət əldə edilib. Belə ki, departament direktorlarının sürücü ilə birgə avtomobilinin illik xərci 2,4 mln. rubl (40 000 dollar) təşkil edir. Eyni sinifdən olan avtomobillə taksi xidmətindən istifadə isə illik 500-600 min rubla (8 300-10 000 dollar) başa gəlir. “Məcmu qənaət on milyonlarla rubl təşkil edə bilər”, – deyə M.Oreşkin bildirib. Xatırladaq ki, M.Oreşkin həmçinin nazirlikdə ixtisarların aparıldığını qeyd edib.

Gununsesi.info