Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

21 Noyabr 2017 - 15:08

Mənə qarşı bu sifarişlərin haradan gəldiyini bilirəm- MÜBARİZ MƏNSİMOV

“Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı milyarder Mübariz Mənsimov özü barəsində bu gün haqqin.az saytında “Rusiya Federal Təhlükəsizlik Xidməti Mübariz Mənsimov barəsində araşdırmaya başlayıb” (“ФСБ начала расследование в отношении Мубариза Мансимова”) başlıqlı yazıya facebook səhifəsində cavab verib.

Gununsesi.info-nun məlumatına görə, azərbaycanlı milyarder həmin yazıya münasibət bildirərkən bunları deyib:

“Sadəcə, sizə və yalan informasiyalarına gülüb keçirəm. Şükür Allaha ki, Rusiya bir hüquq dövlətidir və burada qanunlar işləyir, cənablar. Odur ki, boş yerə zəhmət çəkməyin, heç nə alınmayacaq. Mən sizə bunu söz verirəm. Sizin bu çirkin yalanlarınızın sifarişçilərinin də kim olduğunu bilirəm”.

Məlumat üçün bildirək ki, haqqin.az saytında yayımlanan “Rusiya Federal Təhlükəsizlik Xidməti Mübariz Mənsimov barəsində araşdırmaya başlayıb” başlıqlı yazıda qeyd olunur ki, guya “Palmali” Şirkətlər Qrupu 1 milyard rubldan artıq vergi borcunu ödəməyib. Bundan başqa, bildirilir ki, şirkət xaricdəki vəsaitlərin çıxarılmasında da iştirak edib.

Gununsesi.info





loading...