VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

18 Avqust 2017
17 Avqust 2017

15 Dekabr 2016 - 14:50

Mənim və Ramiz Rövşənin ad günü- İNDİ BU GÜNƏ FACİƏ GÜNÜ DƏ QARIŞDI

leman

BU gün ad günü ovqatımı Xəzərdə baş verən hadisə pozdu. Təsadüfdümü, ya nəsə, ötən il  Günəşli yatağında baş verən qəza da həyat yoldaşımın ad gününə təsadüf etmişdi. Allahın işini bilmək olmur. Amma bəndə gərək öz işini bilsin. Məsələn, üç gün qabaqdan havanın dəyişəcəyi ilə bağlı proqnozlar verilirdi. Qar yağacaq, hətta tufan olacağı da deyilmişdi. Eləsə, dənizdə içşləyənlərin təhlükəsizliyinə təminat verən qurumlar  bunu göz altına niyə almayıblar? Bizi ritorik suala görə qınaya bilərlərsə öz işləridir. Ola bilsin, dənizi, bu işin incəliklərini bilmirik. Etiraf edirik ki, bəli, bu içi su ilə aşıb-daşan, adi vaxtda qarşısına çıxanı udmağa hazır olan nəhrdir. Tufanla birləşəndə isə daha da qəzəbli olur. Bunu bilirik, elə dənizdə işləyənlər də bilir. Sadəcə, belə havalarda kim necə işləməlidir, ümumiyyətlə işləməlidirmi?-sualllarının cavabını şəxsən mən bilmirəm. Ona görə əvvəldən soruşdum ki, təhlükəsizlik tədbirləri göz altına alınmış, işçilər xəbərdar edilmişdimi? Aşan estakada aşmaya bilərdimi? Bəyəm bu estakadanı tikəndə onun tufana, qasırğaya davamlılığı nəzərə alınmayıbmı?  Suallar çoxdur əslində və üstəlik ortada “ gözü çıxmış qardaş” təcrübəsi də var. Axı cəmi bir il ötüb Günəşli qəzasından. Dənizin qəzəbinə gələnlərin ailə üzvlərinin  göz yaşları hələ qurumayıb. Onlar hələ də Xəzərdən mərhəmət umurlar. Bir gün möcüzə baş verər, əzizlərimizi sağ-salamat evimizə qaytarar deyə. Belə məqamda ikinci bir faciə baş verir, özü də ilin tamamında. Belə çovğunda, belə müsibət havada!

Yenə axtarışlar, yenə ümid, sual dolu gözlər, yenə neçə-neçə ailədə yas, nalə səsi. Neftimiz tükəndi, müsibətimiz tükənmir. Sanki  Allahın qəzəbinə gəlmişik, lənətlənmişik. Xəzər baş ağrımıza çevrilib. Nə veribsə bizə, qat-qat artığını,  əvəzini istəyir. Lap nağıllardakı kimi. Yadınıza gəlir yəqin,  nağıllarda əjdaha suyu o şərtlə verirdi ki, əvəzində ona bir insan qurban versinlər. İndi Xəzər də bizim əjdahamızdır. Udur, gözü doymur, yenə, yenə  qurban istəyir.

Bu gün mənim ad günümə  dəniz faciə yazdı. Gələn il, növbəti illər də  mənim ad günüm həm də faciənin ildönümü olacaq. Mənsə ad günümü hər il Ramiz Rövşənin ad gününə kökləyirdim. Özümdən də qabaq 15 dekabrı Ramiz Rövşənin ad günü kimi yadda saxlamışam. İndi o da , mən də  bu günü Xəzərdəki faciə ilə yadda saxlayacağıq. Yəqin ki, şair bu günə bir şer də yazacaq. Əzizləri suda qərq olan “qara paltarlı qadın”lara təsəlli şeri.

ramizaaa

Yeri, yeri qara paltarlı qadın

Kiri, kiri, qara paltarlı qadın

Bu qəbir də min qəbirdən biridir

Başdaşımı bəsdir basdın bağrına

Bütün mənə ağlayanlar kiridi

Sən də kiri, qəbrim damır, ağlama.

Mən isə o qadınlara daha amansız təsəlli verəcəm.  Allah Xəzərdə qərq olan əzizlərinizə  üstündə göz yaşınızı doyunca axıda biləcək başdaşı qismət eləsin. Xəzərdə insaf yoxdur. O udduğunun heç ölüsünü də qaytarmaq istəmir. Odur ki, dua edin, Xəzərə yalvarın . Yalvarın ki, onları qaytarsın!

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info




loading...
Loading...