VİDEO



Müsahibə

Gündəm

Reportaj



Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

XƏBƏR LENTİ

25 Mart 2017

11 Yanvar 2017 - 10:20

Məşhur iş adamı ölkədən qaçarkan adını da dəyişib?-ELDAR MAHMUDOV ONU ÖLKƏYƏ GƏTİRDİ

gulaga

 

Baş Prokurorluğun İdarə rəisi Müqəddəs Sultanovun sifarişi ilə 15 il müddətinə azadlıqdan məhrum edilən iş adamı İlham Qasımovun anası Hacı Gözəl Cəfərova növbəti dəfə müvafiq qurumlara müraciə edib. Gununsesi.info-ya daxil olan müraciətdə bu dəfə iş adamı Gülağa Qəmərov (Tənha) ittiham olunur.

 

Gözəl Cəfərovanın müracətini təqdim edirik:

 

Qəmbərov Gülağa Məmi oğlu əslən Masallı rayonundandır. Xalqına xəyanət edən Gülağa Qəmbərov xalqın qəzəbinə, qınağına tuş gələrək bir müddət Azərbaycanda ayrı-ayrı ünvanlarda gizlənmiş, xalqdan millətdən təcrid olunmuş Urov Albert Mixayloviç saxta adı soyadı ilə yaşamış və dostlarının dəstəyi ilə Azərbaycanı xəlvəti tərk edərək Rusiyaya qaçmışdır.Bu hadisənin minlərlə, bəlkə də milyonlarala, şahidlərinə bəllidir ki, həmin illər şair Gülağa Tənhanın vətən xayinliyi milli satqınlığı mətbuat səhifələrində tez-tez işıqlandırılır, sanballı məqalələr dərc edilirdi. Sözügedən hadisədən illər ötüb keçəndən, yəni unudulmaz Heydər Əliyev dünyasını dəyişəndən dərhal sonra Eldar Mahmudovun, Akif Çovdarovun,və Müqəddəs Sultanovun dəstəyi ilə Gülağa Tənha bu dəfə Rusiya vətəndaşı kimi yenidən Azərbaycana dönmüş və Müqəddəs Sultanovun xususi planları və diktəsi ilə daha da ilə fəallaşaraq açıq aşkar ölkədə pozuculuq , fəaliyyətinə start verərək Prezidentimiz İlham Əliyevin siyasətinə müqavimət göstərməyə başlamış və ölkədə sosial narazılıq və xalqla prezident arasında boşluq yaratmağa çalışmışdır. Qeyd etmək yerinə düşər ki, Müqəddəs Sultanovla Gülağa Qəmbərovun dostluğu, iş birliyi hələ M.Sutanovun Moskvada təhsil aldığı və G.Qəmbərovun, Moskvada yaşadığı illərdən başlamışdır. Məhz buna görə də Gülağa Qəmbərov Rusiyadan Azərbaycana qayıtdıqdan sonra M.Sultanov onu hazırda həbsdə olan oğlum İlham Qasımovun tikinti biznesinə şərik qoşmağa nail olmuş lakin oğlum onun keçmiş əməllərini öyrənib bildikdən sonra mövcud tikinti biznesindən qətiyyətlə imtina etmiş “Real” MT R -dakıtikinti payının müəyyən hissəsini Gülağanın arvadı Şəhla Rüstəmovaya, qalan hissəsini isə M.Sultanovun arvadı Təranə Əliyevaya satarq bu müəmmalı çirkin oyundan uzaqlaşmışdır. Lakin bütün bunlardan sonra Müqəddəs Sultanov və Gülağa Qəmbərov var dövlətimizi ələ keçirmək yolunu tutmuş Müqəddəs Sultanovun ssenarisi əsasında qondarma ittihamlarla oğlum İlham Qasımov heç bir hüquqi əsas olmadan 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bununla əlaqədar ölkə başçısına, respublikanın lider xanımı Mehriban Əliveya və digər ali hakimiyyət oraqanlarına yüzlərlə müraciət ünvanlamışıq. Güman edirik ki, Bakı Apillyasiya məhkəməsində bütün bunlar nəzərə alınacaq,ədalət şər üzərində zəfər çalacaq, oğlum İlham Qasımov məhkəmə zalından azadlığa buraxılacaq,oğlumu sifarişlə həbsə saldıran Müqəddəs Sultanov, Gülağa Qəmbərov və ağır cinayətlər məhkəməsinin işəbaxan hakimi,M.Sultanovun yaxın qohumu Zeynal Ağayev layiq olduğları cəzanı alacaqlar. Rusiya vətəndaşı Qəmbərov Gülağa Məmi oğlunun digər əməlləri barədə. Məlumdur ki, ölkə başçımız İlham Əliyev çıxışlarında və tövsiyələrində həmişə sahibkarlığın inkişaflarına dəstək verməyin zəruriliyini vurğulayır! Çox gözəl xatırlayıram ki, təxminən bir il bundan əvvəl İlham Əliyev cənabları Sumqayıtda Politelen zavodunun açılışındakı çıxışında qeyd etmişdi ki, sahibkarlığın inkişaflarına maneə yaradanlar xalqa, dövlətə xəyanət edirlər və cəzalanacaqlar. Məqamı çatmışkən xatırladım ki, Müqəddəs Sultanov və Rusiya vətəndaşı Gülağa Qəmbərov nəinki sahibkarlığın inkişaflarına dair Prezidentin siyasətinə qarşı çıxır, hətta heç bir günahı olmadan sahibkarı həbs etdirə də bilirlər.Təəssüf hissi yaradan budur ki, Rusiya vətəndaşı Gülağa Qəmbərov Azərbaycanda “at oynadır ” “mənəm-mənəm” deyir üstəlik də tanınmış sahibkarı zindana da saldıra bilir. Özü də ötən müraciətlərimizdə vurğuladığmız kimi, söhbət İlham Qasımovdan gedirsə xüsusi qeyd etmək lap yerinə düşər ki, İ. Qasımov bugunki iqtidarın onlarla tapşırığını icra edib: Beyləqanda “Heydəriyyə” məscidi tikdirib, Astarada yeni Azərbaycan Partiyasının ən müasir inzibati binasını inşa etdirib, yollar çəkib, yüzlərlə qaçqına, didərginə təmənnasız mənzillər bağışlayıb. Bəs Gülağa Qəmbərov, Müqəddəs Sultanov cütlüyü vətən xalq üçün nələr ediblər? Gülağa Qəmbərovun sadalanmasına zaman lazım olan xoşagəlməz əməlləri çoxlarına bəllidir. Lakin onun Azərbaycan kişisinə yaraşmayan və heç bir milli , mənəvi dəyərlərimizə sığmayan hərəkətlərini geniş oxucu kütləsinə çatdırmağı özümə mənəvi borc bilirəm. Gülağa Tənha kimi tanınan dirnaqarası xalq şairi Gülağa Qəmbərov hamısı azyaşlı olmaqla 7 dəfə ailə qurub. Təəccüb təsiri bəxş edən budur ki, arvadlarından birisi və ən çox sevimlisi tarixi düşmənimiz erməni qızı olub. Bu adamın qəlbi sanki ev yıxmaq, tifaq dağıtmaq şərləmək, üzədurmaq, ocaq çıraq söndürmək eşqi ilə döyünür. Özünü şair hesab edən Gülağa Tənha heç vaxt halal çörək yeməyib. Azərbaycandan məcburən getdikdən sonra Rusiyada uzun müddət onun çörəyi, pulu narkotika biznesindən çıxmış və bu yolla da istənilən qədər sərvət, sərmayə toplaya bilmişdir. Bu məqamda sual vermək lazım gəlir ki, vətəninə xain çıxan real inkişaflarımızı gözügötürməyən, uğurlarımıza sevinməyən, müstəqilliyimizə qarşı çıxan Rusiya vətəndaşı, mülli satqın Gülağa Qəmbərovun bu gün Azərbaycanda yaşamağa mənəvi haqqı, hüququ varmı, belə bir qeyri vətənpərvərə şair demək mümkündürmü? İndi isə söz Oxucunundur ! Qoy bu açıqlamanı oxuyanlar oxumuyanlara nəql eləsinlər!

Hörmətlə

Cəfərova Hacı Gözəl xanım Məhəmməd qızı

 




loading...
Loading...