”Mədəniyyətdən bixəbər Azərbaycan aparıcıları” -BRİLLİANT DADAŞOVA TƏNQİD ETDİ

  • By admin
  • 23 Fevral 2018 11:30

Gununsesi.info xəbər verir ki, Brilliant Dadaşova Türkiyənin məşhur sənətçisi Seda Sayanın verilişindən, İnstagramda video paylaşıb. Sənətçi Azərbaycan aparıcılarını mədəniyyətdən bixəbər adlandırıb:

“Sonra deməyin ki, nədən televiziya proqramlarında tez-tez görsənmirəm! Baxın Seda Sayanın proqramına, gələn qonağa necə diqqət yetirir. Bizim bir çox televiziya proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri olmadığı üçün müğənni musiqi ifa edərkən aparıcının basqa işlə məşğul olduğunun dəfələrlə sahidi oluruq. Əfsuslar olsun ki, efirdən bixəbər, səriştəsiz proqram “aparıcılarımız” get-gedə çoxalır”.