Məhərrəm Əliyevə yeni vəzifə verilir - TƏYİNAT OLACAQ

  • By admin
  • 05 İyun 2017 15:04

meherem-eliyev

Prezident Administrasiyasında həyata keçirilən islahatlar nəticəsində vəzifəsini itirənlər sırasında Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev də var.

Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, Məhərrəm Əliyev yaxın günlərdə yenidən yüksək vəzifəyə təyinat alacaq. Saytımızı bununla bağlı bilgiləndirən mənbə Məhərrəm Əliyevin adının  “qara siyahı”da olmadığını, işini itirməsinin Admnistrasiyadakı struktur dəyişikliyi ilə bağlı olduğunu deyib: “Artıq onun yeni vəzifəyə təyinatı ilə bağlı siyasi rəhbərliyin də razılığı var. Yaxın günlərdə Məhərrəm Əliyevlə bağlı qərar elan olunacaq”.

Gununsesi.info