Məhkəmə Baxçalı müxaliflərini məyus etdi, AKŞƏNƏR İSƏ "ƏDALƏTİN RUHUNA ƏL-FATİHƏ" DEDİ, YENİ PARTİYANIN "SİQNALINI" VERDİ - YENİLƏNİB

  • By admin
  • 20 İyun 2017 20:38

meral-partiya

“Qrup-qrup toplantılar keçirdim Türkiyə genəlində”.

Gununsesi.info-nun Türkiyə medaiasına istinadən xəbərinə görə, bunu Dövlət Baxçalı müxaliflərindən olan sabiq MHP-çi Meral Akşənər İstanbulda qatılıdığı iftar mərasimində deyib.

“Bu toplantılarda iştirak edənlərin 90 faizinin də yeni bir oluşumdan yana olduğunu gördüm”– deyən Akşənər ölkədə yeni siyasi partiyanın yaradılmasının bir daha siqnalını verib.

Qeyd edək ki, bu gün Baxçalı müxalifləri üçün önəmli gündür.

Çünki bu gün məhkəmə müxaliflərin tələbi üzrə MHP-nin növbədənkənar qurultayının qanuni olub-olmaması və  seçkili qurultaya gedilib-geildə bilməyəcəyi ilə bağlı son qərar verəcək.

Əgər məhkəmə Baxçalı müxaliflərinin xeyrinə qərar çıxarmazsa, Akşənər tərəfdarlarının yeni siyasi təşkilat yatarması qaçılmaz olacaq.

***

Nəhayət, məhkəmə MHP-nin ötən ilin mayında keçirilən növbədənkənar qurultayı ilə qərar verib.

Qərarla bağlı proses cəmi 10 dəqiqə çəkib.

Məhkəmə Baxçalı müxaliflərinin əleyhinə qərar verib, MHP-nin növbədənkənar qurultayını qeyri-qanuni sayıb.

M. Akşənər qərarla bağlı qısa şəkildə belə deyib:

“Ədalətin ruhuna Əl-Fatihə!”

O, həmçinin, yeni partiyanın yaradıla biləcəyinin “siqnalını” verib.

Digər Baxçalı müxalifi SinanOğan isə bunları deyib:

“Hüquq vaxtı ilə “FETÖ”-nün əlindəyidi, indi isə AKP-nin”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info