Məhv olma təhlükəsi ilə üz-üzə qalan şəhərlər - SİYAHI + FOTOLAR

  • By admin
  • 22 Avqust 2017 08:40

neapol

Günümüzdə dünyanın elə yerləri var ki, önümüzdəki illərdə onların adları sadəcə tarix kitablarında qala bilər. Belə ki, bəzi şəhərlər məvh yolunun düz astanasındadır. Gununsesi.info yox olma təhlükəsi ilə üz-üzə qalan şəhərlərin siyahısını təqdim edir.

Neapol, İtaliya

neapol

Pompeyi yox edən Vezuvi vulkanı təxminən hər yüz ildən bir püskürür. Ən son 1944-cü ildə püskürən vulkan yaxın illərdə yenidən aktivləşərək, bu dəfə də Neapolu məhv edə bilər.

Mexiko, Meksika

mexiko

Yeraltı su qaynaqları üzərində salınmış şəhər ildən-ilə “suda boğulur”. Araşdırmalara görə, 20 milyon əhalisi olan Mexiko geridə qoyduğumuz yüz il ərzində 9 metr dərinə çöküb. Bu şəkildə davam edərsə, bir müddət sonra sürüşmələr artaraq sürətlə inkişaf edən şəhəri parçalaya bilər.

Venesiya, İtaliya

venesiya

İtaliyanın kanalları ilə məşhur olan şəhəri Venesiya min il ərzində tədricən batmaqdadır. Son yüz il ərzində isə bu hal əvvəlki illərə nisbətən daha da sürətlənməyə başlayıb.

Kanzas ştatı, ABŞ

kanzas

ABŞ-ın Kanzas ştatı da tənəzzül yolundadır. Burada gənc əhali sürətlə başqa yerlərə köçür. Belə davam edərsə, önümüzdəki illərdə ştat boş qalacaq. Əhalini geri qaytarmaq üçün hədiyyələr vəd edən Kanzasın bu cəhdi də uğursuz kimi görünür.

San-Fransisko, ABŞ

San-Francisco-2

Məhv olma təhlükəsi ilə üzləşən şəhərlərdən biri də San-Fransiskodur. Alimlərin ehtimallarına görə, 2086-cı ildə 7 ballıq zəlzələ nəticəsində şəhər dağıla bilər.

Detroit, ABŞ

Detroit_GM_headquarters

ABŞ-ın Detroit şəhərinin əhalisinin sayı 1950-ci ildən bugünə qədər 3 dəfə azalıb. Hazırda 950 min adamnın yaşadığı şəhər gələcəkdə kimsəsiz qala bilər. Onu da qeyd edək ki, Detroitdə hər yüz nəfərdən 10-u işsizdir.

Timbuktu, Mali

Timbuktu-Mali

Səhralara yaxın ərazilərdə yerləşən bir çox ölkə üçün əsas problem onların çöllüyə çevrilmə təhlükəsnin olmasıdır. Bunlardan biri də Malinin Timbuktu şəhəridir. XV-XVI əsrlərdə İslam dini üçün önəmli mərkəzlərdən sayılan şəhərdə yaşıllaşdırma işləri həyata keçirilsə də, şəhər ərazisinin yarıdan çoxu səhraya çevrilib.

Gununsesi.info