Məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri cərimələnib - FOTOLAR

  • By admin
  • 22 Avqust 2017 15:16

Daskesen (4)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Elnarə Rəhimova tərəfindən kənd ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olanşikayətNazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Gununsesi.info-ya nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, müxtəlif sahələrdəqalaqlandığı, daşınmadığı və bu səbəbdən ətrafa kəskin iyin yayıldığı müəyyən edilib.

Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri R.Allahverdiyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması,gələcəkdə belə hallara yol verilməməsiüçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda Xoşbulaq kəndi ərazisində tullantıların idarə olunmasında aşkar olunan pozuntuların aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Daşkəsən rayon İcra Hakimiyyətinə müraciət olunub.

Daskesen (5)

Daskesen (3)

Daskesen (2)

Daskesen (1)

Gununsesi.info