Məktəblilər necə qidalanmalıdır? - NAZİRLİK BUNUNLA BAĞLI QAYDALARI AÇIQLAYIB - VİDEO

  • By admin
  • 27 Mart 2017 20:49

mekteblilerin qidalanması

Səhiyyə Nazirliyi Azərbaycanda məktəblilərin qidalanması qaydalarını açıqlayıb.

Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, qaydalar Ümumdünya Səhiyyə Təşkilatının qidalanmaya dair tövsiyyələri əsasında hazırlanıb.

Məktəblilər bəzi normalar çərçivəsində qidalanmalıdırlar. Səhiyyə Nazirliyi bu qaydaları və uşaqlara sutka ərzində nə qədər kalori tələb olunduğunu açıqlayıb.

Nazirlik məktəblilərin əsasən şəkər, yağ və şirniyyatdan çəkinməli olduğunu vurğulayıb.

Tibb Universitetinin uşaq və yeniyetmələr gigiyenası kafedrasının müdiri Şəhla Balayeva qeyd edir ki, məktəbli uşaqların düzgün inkişafı üçün gündə 4-5 dəfə qidalanmalıdırlar.

Məktəbli orqanizmi böyüməkdə olduğu üçün onun kalsiuma daha çox ehtiyacı olur. Bu baxımdan süd, pendir, yağsız kəsmik kimi məhsulların qəbulu da vacibdir. Bu, uşaqlarda boy artımını dəstəkləyir, sümüklərin möhkəmliyini təmin edir. Digər tərəfdən məktəb yaşlı uşaqların hər gün müəyyən miqdar meyvə- tərəvəz qəbulu əvəzedilməzdir.

Bundan əlavə, uşaqların beyin funksiyası üçün yumurta, düyü, noxud, sinir sistemi üçün pendir, balıq, yağ, meyvə, yaddaş üçün yağsız mal əti, toyuq, dəniz məhsulları, görmə itiliyi üçün yerkökü, ərik, alma, pomidor, şirin bibər məsləhət görülür.

4-8 yaşlı uşaqlar gündəlik 5, 9-13 yaşlılar 7-8, 14-18 yaşlı şagirdlər isə gündəlik 8-11 stəkan su qəbul etməlidirlər.

Düzgün qidalanmayan məktəblilərdə yaddaşsızlıq, zəiflik, zəif görmə, boyun inkişafından qalma və digər problemlər müşahidə oluna bilər.

Səhiyyə Nazirliyi bütün bu tövsityyələri buklet şəklində də hazırlayaraq çap edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info