Məktəblilərin muzeylərə ekskursiyası təşkil edilib

  • By admin
  • 22 May 2017 16:50

unnamed (6)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin paytaxtdakı muzeylərə ekskursiyası təşkil edilib.

BŞTİ -dən Gununsesi.info-ya verilən məlumata görə,18 may – Beynəlxalq Muzey Günü münasibətilə təşkil olunan ekskursiyanın əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik və mədəni ekspozisiyası barədə məktəblilərin maarifləndirilməsindən ibarətdir.

Ekskursiya zamanı şagirdlərə ölkə əhəmiyyətli memarlıq abidələri və eksponatlar barədə ətraflı məlumat verilib. Şagirdlər xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olub, muzeylərin kolleksiya fonduna tamaşa ediblər.

Anar
Gununsesi.info