Məmurlarımız yeni dövrlə ayaqlaşa bilmir  

  • By admin
  • 19 Fevral 2018 12:42

 

Sağlam cəmiyyət yaratmaq, dövlət qurmaq və onu idarə etmək həlli olduqca mürəkkəb məsələdir. 25 ildir qurduğumuz müstəqil dövlətimiz bir sıra çətinliklərlə qarşılaşmışdır. Həmin çətinlik özünü əsasən idarə etmədə sağlam təfəkkürlü kadrların çatışmazlığında göstərir. Həqiqəti etiraf edək ki, sovetlərdən qalma kadrlar idarə etmədə axsayır, gündəlikdə durub vacib məsələlərin tez bir vaxtda həllinə aid adekvad  fikirlər söyləyə  və kəsərli məsləhətlər, təkliflər  verə bilmirlər. Onların beynində kecmiş ictimai quruluşdan qalma-maddi aristotal məntiq kök atmışdı. Şübhəsiz ki, belələri ilə müstəqil dövləti idarə etmək  də  mümkünsüz olur.

Bir qədər geriyə qayıtsaq, həqiqəti daha aydın görə bilərik. Keçmiş ictimai quruluşda istehsal alət və vasitələri dövlətin mülkiyyətində olduğundan satış qiymətlərinə nəzarət edən  Baş qiymətlər komitəsi, bundan yuxarıda isə MK-nın nəzdində olan Xalq Nəzarət Komitəsi fəaliyyət göstərirdi. Hec kimin ixtiyarı yox idi ki, satış qiymətlərini artırsın və yaxud azaltsın. Bəli, hakimiyyətlə zəhmət insanlarını üz-üzə gətirən QiYMƏT əvvəllərdə yazdığım kimi barıt çəlləyi idi. Onunla oynamaq-artırmaq ictimai quruluşun  darmadağın olması demək idi. Sovetlər birliyini dağıdan əsas amillərdən   biri də əmək haqqı ilə dolanan əhalinin ərzaq məhsullarının qiymətlərinin artırılmasının qarşısını ala  bilib, zamanla ayaqlaşa bilməyən mübarizə silahından məhrum olması idi.

Müstəqilliyimizi qan bahasına əldə etdikdən sonra onu dağıtmağa və şəxsi məqsədləri üçün vasitəyə cevirməyə çalışan qeyri sağlam qüvvələr dirçəlməyə başladı. Həmin qüvvələr əsasən üç formada  talanlar qrupu yaratmış oldular.

Birincisı, külli məbləğdə dövlətin nağd pul vəsaitini mənimsəyən qrup ortaya çıxdı. “Oliqarxların 6 milyard maliyyə xəyanəti” haqqında media vasitəsilə xəbər yayıldı. Araşdırmalardan sonra məlum oldu ki, səkkiz nəfər şirkət sahibləri Azərbaycan Beynəlxalq  Bankının sədri vasitəsi ilə kredit formasında götürdükləri nağd pul vəsaitini  geri qaytarmayıblar. Sonrakı araşdırmalar göstərdi ki, həmin məbləğ 10 milyard dollardır. Beləliklə, ABB müflis oldu.

İkincisı, 24.10.2015-il tarixdə “AzPolitika.info”  “MTN-dəki rüşvət məbləğləri- Şok məlumatlar+ konkret adlar” kimi məlumatları ilə  dövlət strukturlarında vəzifə sahibi olmaq istəyənlərdən yüz min dollarla məcburi qaydada rüşvət qopardılması haqqında yazılar dərc etdi. Hüquq mühafizə orqanları tərəfindən “MTN işi” üzrə aparılan istintaq işləri sübuta yetirdi ki, həmin nazirlik müstəqil dövlətə və xalqa qarşı dəhşətli təhlükə mənbəyi imiş.

Üçüncüsü, yaşamaq üçün əmək haqqına və təqaüdə ümid olan vətəndaşlarımız marketlər tərəfindən talanır. Vaxtaşırı marketin adını dəyişib, ən aşağı keyfiyyətli yeyinti məhsullarının qiymətlərini get-gedə yüksəldirlər.

0.8 kq çəki və 1.60 manat dəyərdə pomidor turşusunun  qyməti 1.71man. (qiymət 7% artıb), plastik qabda  0,4 kq cəkidə 1.60 man dəyərdə şor orta qiymətlə 2.00 manata (qiymət 25% artıb), 460 qramlıq çörəyin qiyməti 0.35 manatdan 0.40 manata(11.43% artıb) kimi yüksəlib. Əmək  və Əhalinin Sosial Müdafiə naziri Səlim bəy isə 250 manat məbləğdə  pensiyanı 6.2% artırib? Səlim bəydən soruşuram- ən ucuz və ən aşağı keyfiyətli yeməyə daha hansı məbləğdə qənaət etməliyəm ki, Tanrının verdiyi ömürü yaşaya bilim?

Satış qiymətlərini artıran Market sahibləri, Dövlət Tarif şurası ! QİYMƏT yarışında asta qaçın, ehtiyatlı olun, birdən budrəyib yıxılar və şikəst olarsız. Bəs, onda bizim “qayğımıza” kim qalar? Səlim bəy, bu kimi yarışda həmişə geridə qaldığınız haqda nə vaxt düşünəcəksiniz? Faktlar göstərir ki, bu sahədə  bilginiz çatışmır. Yeganə məqbul yolunuz vəzifənizdən getməkdir.

Yuxarı dairələrdəki vəzifəli məmurlara söykənən bu adamlar “yaratdıqları” marketlərdə xalqı talan edib, haramlıqla qazandıqlarını Avropanın məkəzindəki qumarxanalara qoyur, ofşor hesablarda gizləyir, Dubayda və Böyük Britaniyada bahalı mülklər,saraylar sahibi olurlar. “Dadanan qudurandan betər olur” demişlər. Bunların beynindən maddi aritotal məntiqi silmək mümkünsüzdür. Yeni sağlam nəsli , dərindən və tez anlayan bəsirətli-idraklı  kadrları yetişdirmək üçünsə bizə minimum 50 il vaxt lazımdır.

 İdarə etmədə çətinliklərin qarşısını almaq üçün gənc Dövlətimizin Prezidenti bəsirətli kadrların seçilib yerləşdirilməsi üçün sərəncam vermişdir.     Sərəncama diqqət yetirək. “Azərbaycan Prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası strukturunun təstiqi və işçilərin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən PA-nın strukturu yenidən təşkil edilib, işçilərin say tərkibi 410 ştat vahidi müəyyənləşdirilib”  (24.01.2018 AzPolitika info).

Prezident rspublikamızın elm fatehlərini , işgüzar insanlarını xoş gələcəyə səsləyib deyir: ”Yeni ideyalar haqqında düşünməliyik”.

Bir vətəndaş olaraq  yüksək  əzmkarlıq  fəaliyyətində olan Prezidentimizə uğurlar arzulayıram.

Quliyev Elxan Sarı oğlu

Gununsesi.info üçün