“Mən Vurğunun vurğunuyam…” - DEPUTAT

  • By admin
  • 21 İyul 2017 17:30

kamran nabizade

“Bu bir neçə gündə Səməd Vurğunla bağlı mübahisələr dayanmadan davam edir. Hər bir insan şəxsi fikrə malikdir və bu da onun ixtiyarıdır. Mən həmişə demişəm, Səməd Vurğun böyükdən balacaya dillər əzbəri olan “Azərbaycan” şeri ilə kifayətlənsə idi, bu yenə də onun dahi şair kimi sayılması üçün yetərli olardı”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Qazax rayonundan millət vəkili olan Kamran Nəbizadə deyib.

O, qeyd edib ki,  S. Vurğuna olan münasibəti şəxsi profilindəki onun misraları ilə bilinir.

“Mən Vurğunun vurğunuyam. Bir tək dostlarımdan xahişim var: boş verin xırda söhbətləri.

Yox, əhəmiyyət verirsinizsə, o halda qarşı tərəfi tənqid edin, amma təhqir Vurğun sevərlərə yaraşmaz!”

Gununsesi.info