“Mənim adımla 90 milyonluq alveri kim edib?” - AZƏR AYXAN QHT-LƏRƏ "ÜSYAN" ETDİ

  • By admin
  • 19 Aprel 2017 11:01

azer

“Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard açıqlama verib ki, son 10 ildə Avropa İttifaqı Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro qrant ayırıb. Onun sözlərinə görə, bu vəsait qadınların kənd yerlərində işlə təmin olunması və… jurnalistlərə treninqlərin keçirilməsi kimi layihələrə verilib. Tam bir yeyinti, saxtakarlıq layihəsidi”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış yazar, “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan “Facebook” səhifəsində paylaşdığı “Mənim adımla 90 milyonluq alveri kim edib?” başlıqlı statusunda yazıb.

O, yazıb ki, hansı QHT kənddə yaşayan neçə qadının işlə təmin olunmasına yardım göstərib: rəqəm açıqlasınlar, biz də bilək.

“Ən əsası, bu korrupsiya layihəsindən pul silən QHT-lər desinlər görək, hansı jurnalistə treninq keçiblər?

“Yeni Müsavat” media qrupunda 10-larla jurnalist çalışır, son illər onların hansısa treninqə dəvət edildiyini xatırlamıram.

Demək, mənim, sənin, onun adıyla bu qeyri-hökumət lotuları milyonlarla pul silir. Sonra da bizi bəyənmirlər, absurd məsələlərdə ittiham edirlər”-deyə, A. Ayxan sonra yazıb.

Gununsesi.info