Mənzildə pulla dolu seyf oğurlayan şəxslər

  • By admin
  • 23 Yanvar 2017 13:09

seyf

Bakıda mənzildən pulla dolu seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya  verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon ərazisindəki evlərdən birindən içərisində 40 000 ABŞ dolları və 30 000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aslan Mikayılov, Royal Kərimli və Abşeron rayon sakini Sadiq Heybətov tutulublar.

Gununsesi.info