Mərakeşin xarici işlər naziri Azərbaycana gələcək

  • By admin
  • 22 Aprel 2017 18:10

mehemmed-adil-embarx

 

Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir. Bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.

Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: “İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir”.

 

Gununsesi.info