“Mərkəzi Bank manatın möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır” - VÜQAR BAYRAMOV

  • By admin
  • 20 Sentyabr 2017 13:24

axar.az13959899931390590554_vuqar_bayramov

Azərbaycanı Mərkəzi Bankı uçot dərəcəsini  (15 %) dəyişməz olaraq saxlaması, ilin ikinci yarısında da sərt-pul siyasətinin davam edəcəyi  deməkdir. Bununla, eyni zamanda ictimaiyyətə manatın taleyi ilə də bağlı mesaj verməli oldu. Ekpsertlər hesab edir ki, neftin qiymətində kəskin dəyişiklik baş verməyəcəyi təqdirdə Mərkəzi Bank manatı sabit saxlaya biləcək.

Gununsesi.info İqtisadi və Sosial Mərkəzinin sədri Vüqar Bayramova istinadən bildirir ki, Mərkəzi Bankın uçot stavkasını dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər.

V.Bayramovun sözlərinə görə, son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcmininə təsir göstərə bilər: “Belə ki, ilin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər. Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artırımını davam etdirmək məqsədidir”.

Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə iqtisadçı qeyde dir ki, son aylar təşkil edilən hərracların nəticələrinə əsasən, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır. Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq, Mərkəzi Bank rəsmi məzənnəni, demək  olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Baş bankın son açıqlamasında da manatın məzənnəsinin həmçinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması və eləcə də xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı.

Bütövlükdə, Mərkəzi Bankın son açıqlaması ondan xəbər verir ki, manatın möhkəmlənməsi deyil, indiki məzənnənin qorunub saxlanması priortitetdir. Buna görə də, hətta dollar tələb azalsa belə Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil”.

Vüsalə Rüstəmova

Gununsesi.info