Məşhur aktrisa vəfat edib - 97 YAŞINDA

  • By admin
  • 24 Fevral 2018 08:50

Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey 97 yaşında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” xəbər verib.

Nanett Fabrey Kaliforniyada öz evində keçinib. 60-a yaxın filmdə çəkilən aktrisa son dəfə 2009-cu ildə rol alıb. N.Fabrey karyerası ərzində üç “Emmi” və “Tonu” mükafatlarına layiq görülüb.

1960-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub. 1986-cı ildə isə N. Fabrey ABŞ kino aktyorlarının Qildiya mükafatına layiq görülüb.

Gununsesi.info