Məşhur aktyor villasını satır - 1,2 MİLYON DOLLARA

  • By admin
  • 23 Oktyabr 2017 22:00

depardye_131214

Fransalı aktyor Jerar Depardye Belçikadakı villasını satır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, mülkün qiyməti açıqlanmasa da, mütəxəssislər onun 1,2 milyon avro dəyəri olduğunu hesab edir.

Qeyd edək ki, J.Depardye 2012-ci ildə Fransanın vergi siyasətinə etiraz olaraq Belçikanın Fransa ilə sərhədi yaxınlığında “Ağ səma” villasını əldə etmişdi.

Daha sonra isə o, Fransanı tərk edərək Rusiya vətəndaşlığı almışdı.

Gununsesi.info