Məşhur aparıcının maşınının şüşələrini sındırıblar - FOTO

  • By admin
  • 23 Aprel 2017 22:26

aparici samir

Aparıcı Samir Bayramlının başına iş gəlib.

Gununsesi.info-nun muztv-yə istinadən verdiyi məlumata görə, aparıcı maşının şüşəsi qırılmış fotosunu paylaşaraq bunları şərh edib:

“Günümü belə açdım. İlk dəfədir, başıma belə iş gəlir. Maşını saxlayırsan, səhər gəlirsən ki, belə bir mənzərə. Düzdür, maşından heç nə oğurlanmayıb. Oğru ya çatdırmayıb, ya da bilmirəm…

Hər halda, problem gələndə üst-üstə gəlir. İstənilən yerdə saxlanılan avtomobillərin şüşələrini sındırıb, içindən nə isə oğurlayırlar. Odur ki, dostlar, diqqətli olun. Mənə də, sizə də dərs olsun”.

aparici samir2

Gununsesi.info