Məşhur cütlük ayrıldı – foto

  • By admin
  • 22 Noyabr 2017 22:13


Aktrisa Cennifer Lourens bir ildir birlikdə olduğu sevgilisi, rejissor Darren Aronofsdan ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün hansı səbəbdən ayrılması məlum olmasa da, onların bu qərara birlikdə gəldikləri və dost qaldıqları bildirilir.

Xatırladaq ki, Cennifer və Darren “Ana” (“Mother”) filminin çəkilişləri zamanı tanış olmuşdu. 47 yaşlı Aronofs 26 yaşlı aktrisanın oynadığı filmin rejissoru olub.

Qeyd edək ki, Lourensin valideynləri onun rejissorla birlikdə olmasına qarşı idilər. Onlar qızlarının öz yaşına uyğun biri ilə münasibətdə olmasını istəyirlər.

 

Gununsesi.info