Məşhur futbolçunun sürücülük vəsiqəsini əlindən aldılar

  • By admin
  • 18 Sentyabr 2017 19:46

Runi_070313

İngiltərəli futbolçu, “Everton” klubunun hücumçusu Ueyn Runi 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, buna futbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.

Bundan başqa, U.Runiyə 100 saat ictimai işlərlə məşğul olmaq cəzası verilib.

Qeyd edək ki, Ueyn Runi sentyabrın 1-i içkili vəziyyətdə avtomobil idarə edərkən polis tərəfindən saxlanmışdı.

Gununsesi.info