Məşhur ifaçı dünyasını dəyişdi

  • By admin
  • 15 Yanvar 2018 22:49


İrlandiyalı rok qrupu “Cranberries”in solisti Dolores O’Rior dünyasını dəyişib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı ifaçının hansı səbəbdən öldüyü barədə məlumat verilmir.

Qrup 1990-cı illərdə “Zombie” mahnısı ilə məşhurlaşmışdı. Doloresin ilk solo albomu (“Are You Listening”) 2007-ci ildə çıxıb. 1994-cü ildə Don Burtonla ailə qurub, cütlüyün 4 övladı var.
Gununsesi.info