Məşhur müğənninin ərinə iş açıldı – 700 milyon oğurlayıb

  • By admin
  • 22 İyun 2017 21:54

kj

 

Rusiyalı müğənni Jasminin biznesmen həyat yoldaşı İlan Şora həbs edilmək təhlükəsi ilə üz-üzə qalıb. 

Axşam.az-ın məlumatına görə, iş adamının məhkəməsi bu gün Kişinevdə keçirilib. Moldovalı biznesmen üç bankdan 700 milyon dollar oğurlamaqla təqsirləndirlir. Məhkəmə İlana 7,5 il azadlıqdan məhrum edilmə cəzası istəyib. İlan isə özünü günahsız hesab edir. Onun vəkili Denis Ulanov bildirib ki, məsələyə yenidən baxılmasını tələb edəcəklər.

Jasmin açıqlama verərək bildirib ki, məhkəmə haqsızlıq edib:

“Həyat yoldaşımın azadlığa buraxılması üçün mübarizə aparacam. Məni ərimin səhhətindəki problemlər narahat edir. İlanla bağlı məhkəmənin qərarı hələ tam deyil. Bütün qəlbimlə inanıram ki, ərim günahsızdır və bunu ortaya çıxarmaq üçün əlimizdən gələni edəcəyik. Bu haqsız qərar hər bir insanı məhv edə bilər. Məni də İlanın səhhəti narahat edir. Gecə onun ürəyində ağrılar olub, həkim çağrılıb. Övladlarımız da ataları üçün narahatdılar. Səylərimiz nəticəsində İlan evdə yanımızdadır. Amma ev həbsi davam edir. İnanıram ki, bundan sonra da mübarizə aparacaq və onun tamamilə azad edilməsinə nail olacağıq”.