Məşhur türk müğənnisi Azərbaycanda şirkət açır

  • By admin
  • 22 Fevral 2018 19:56

Türkiyəli müğənni Petek Dinçöz bir müddətlik Bakıya köçəcək.

Gununsesi.info xəbər verir ki, sənətçi bunun üçün paytaxtımızda kirayə ev axtarır. Dinçözün səfərinin məqsədi burada biznes qurmaqdır. O, Bakıda şirkət açmağı planlaşdırır.

Petek eyni zamanda azərbaycanlı bəstəkar Kəmalə Qasımova ilə çalışır. Müğənni bəstəkarın “Kabusun olurum” adlı mahnısını oxuyub.

Oğlu İrfan Aslan dünyaya gəldikdən sonra musiqiyə fasilə verən Dinçöz geri dönüşünü də bu mahnı ilə edəcək. Bəstə martda işıq üzü görəcək.

Gununsesi.info