Məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib

  • By admin
  • 18 Noyabr 2017 16:30


Ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu olmuş məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, 50 yaşlı idmançı müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

Qeyd edək ki, N.Süleymanoğlu xeyli müddət qara ciyər xəstəliyindən əziyyət çəkirdi. Onun qaraciyər transplantasiyası edilməyəcəyi təqdirdə öləcəyi bildirilirdi.

Gununsesi.info