Məşhurlarımız istirahətə nə qədər xərcləyib?

  • By admin
  • 25 İyul 2017 21:13

meshurlar
Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb.

Axar.az Axşam.az-a istinadən bildirir ki, məşhurlarımız “Lider maqazin”in “Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz” suallarına belə cavab veriblər:

Nail Naiboğlu: “Azərbaycandan kənarda dincəlməyi sevirəm. Çinə getmək istəyərdim. Ötən qış ailəmlə istirahətə getmişdim və 10 minə qədər pul xərclədim”.

Emil Bədəlov: “Türkiyədə istirahəti sevirəm. Elə olub ki, istirahətə 12 min manat xərcləmişəm. Onda subay idim. Bir yerdən gəlirim oldu, gedib dincəldim”.

Nazim Məmmədov: “Türkiyədə dincəlirəm. 5 min manat civarında pul xərcləmişəm”.

Niyam Salalmi: “İspaniyada olmaq istəyərdim. Bir istirahətə 5 mindən yuxarı xərcim çıxıb”.

Niyaməddin Musayev: “Azərbaycanda istirahəti sevirəm. Ən çox 500 manat xərcləmişəm”.

Aslan Hüseynov: “Türkiyədə istirahət xoşlayıram. 10, 20 min xərclədiyim olub”.

Nailə Mirməmmədli: “Alanyada dincəlməyi xoşlayıram. 6 minə qədər xərclədiyim olub”.

Ayaz Qasımov: “İstəyirəm avqustda Barselonaya gedim. 10-15 minə qədər istirahətə pul xərcləmişəm”.

Gununsesi.info