Məsud Özil isti qarşılamaya görə Azərbaycana təşəkkür edib

  • By admin
  • 27 Mart 2017 22:15

mesut-ozil

İllərlə İspaniyanın “Real Madrid” klubunun şərəfini qorumaqla dünya şöhrətinə qovuşan Məsud Özil istiqanlılığına görə xalqımıza öz minnətdarlığını bildirib.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, Almaniya millisinin Türkiyə əsilli futbolçusu Məsud Özil öz rəsmi Tvitter hesabında yazıb: “Azərbaycan, isti (mülayim) qarşılamaya görə çox sağ ol!”

Xatırladaq ki, dünən Tofiq Bəhramov adına olan Respublika stadionunda millimizlə Almaniya milli futbol yığması qarşılaşdı. Dmitri Nazarov dördqat dünya çempionu olan Almaniya millisinə qol vurmağa müvəffəq olsa da, komandamız 4-1 hesabı ilə məğlub oldu.

azerbaycan-ozil

Gununsesi.info