Mağazadan pul və 2 ədəd velosiped oğurlayan şəxslər tutulub

  • By admin
  • 21 Avqust 2017 14:54

qandal

Qəbələ rayonunun Zarağan kəndi ərazisindəki mağazalardan birindən pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-nə keçən gecə Zarağan kəndi ərazisindəki mağazalardan birindən 80 manat pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vurğun Həsənov və Orxan Hacıyev tutulublar.

Anar

Gununsesi.info