Bu qanun qəbul olunmayanadək ölkədə inkişaf olmayacaq - DEPUTAT

  • By admin
  • 21 Yanvar 2017 13:38
Ali Masimli
Deputat  büdcə vəsaitlərinə ciddi nəzarətin təmin edilməsi məqsədi ilə “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbul edilməsini təklif edir.
 
 Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib ki, vaxtında “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin hazırlanması üçün hökumət tərəfindən beynəlxalq təşkilatlara yetərincə maliyyə vəsaiti də ayrılmışdı, ancaq  sənəd ərsəyə gəlib çıxmadı.
“Azərbaycanın indki iqtisadi durumu və büdcənin yığcamlaşdırılması dövründə belə bir qanunun qəbulu vacibdir. Çünki 2017-ci ildən başlayaraq Azərbaycanın dövlət büdcəsi yığcamlaşdırılmağa başlanıb və növbəti illərdə də bu yığcamlaşdırma prosesi davam edəcək”- deyə, millət vəkili vurğualyıb.
Ə.Məsimli hesab edir ki,  əgər büdcə yığcamlaşdırılmağa doğru gedirsə, o zaman   həm büdcənin strukturunda dəyişiklik edilməlidir, həm də büdcə vəsaitini səmərəli istifadə olunmalıdır:
“Əgər büdcədən səmərəli istifadə olunmayacaqsa və ya struktur dəyişikliyi edilməyəcəksə, biz yenə də əbədi olaraq texnoloji inkişaf cəhətdən geri qalacağıq”.
Millət vəkili əlavə edib ki, bunu tam məsuliyyətilə bəyan edir:
“Büdcə vəsaitlərinin azalaması texnoloji inkişafa  mane olacaq, ona görə də büdcənin daha səmərəli istifadəsi gündəmə gəlməlidir. Bunun üçün  də mütləq “Maliyyə nəzarəti haqqında” qanun qəbul edilməlidir. Biz ancaq büdcə vəsatilərinə ciddi maliyyə nəzarət etməklə, üzləşdiyimiz problemlərdən qısa zamanda çıxa bilərik. Yəni, Azərbaycan iqtisadiyyatı ressesiyadan inkişaf  mərhələsinə qədəm qoya bilər. İndki vəziyyətdən çıxış üçün ən yaxşı yollardan biri budur və bu məsələ öz müsbət həllini tapmalıdır”- deyə, millət vəkili bildirib.
 
Mürtəza
Gununsesi.info