Manatla qoyulan əmanətlərin həcmi 17 faiz artıb

  • By admin
  • 21 İyul 2017 16:32

emanet

Bu ilin birinci yarısında əhalinin banklara əmanət qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalıb.

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.

AMB-nin statistikasından məlum olur ki,  fiziki şəxslərin banklara etibarlılığı devalvasiyadan sonra kəskin şəkildə aşağı düşüb. Belə ki, bu ilin yanvar-may aylarında əhalinin əmanət qoyuluşu cəmi 6.8 milyard manat olub. Bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 720 milyon manat azdır.

Qoyulan əmanətlərin 74.5 faizi dollarda, 25.5 faizi manatda yatırlıb. Doğrudur ötən illə müqayisədə manatla əmanətlərin həcmində 17 faiz artım olsa da, hələ ki, əvvəkli etibarlılığını qazana bilməyib. Dollarda olan depozitlərin həcmi yüksək olaraq qalmaqdadır.

Vüsalə Rüstəmova

Gununsesi.info