Maradona məşhur futbolçular haqqında: - "RONALDO FUTBOLDA VƏHŞİDİ, MESSİ TƏKBAŞINA HEÇ NƏ EDƏ BİLMƏZ"

  • By admin
  • 20 İyun 2017 17:56

maradona

Maradona Ronaldonu Argentina millisində görmək istəyir.

Gununsesi.info-nun a24.az-a istinadən verdiyi məlumata görə, argentinalı əfsanəvi futbolçu Maradona Portuqaliya yığmasının və “Real Madrid”in ulduz futbolçusu Kriştian Ronaldonu Argentina yığmasında görmək istədiyini bildirib.

“Ronaldo futbolda vəhşidi. Təəssüf ki, o argentinalı deyil və Argentina yığması üçün oynaya bilməyəcək. Amma mən Messiyə üstünlük verirəm. O futbolu həzlə oynayır və asanlıqla rəqiblərinə qabil gəlir. Leo milli üçün təkbaşına heç nə edə bilməz. Hətta əgər o heç vaxt dünya çempionu olmasa belə, biz yenə onu xatırlayacayıq”, – deyə Maradona bildirib. 

19397743_1375016392589060_695576179_n

Gununsesi.info