Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

12 Oktyabr 2017 - 16:06

Marqvelaşvili azərbaycanlıları əfv etdi

marqe-1

“Gürcüstan prezidenti Georgi Marqvelaşvili 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. Onların sırasında azərbaycanlılar da var”.

Gununsesi.info-nun məlumatına görə, bunu Report-un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze deyib.

Z.Koridze bildirib ki, komissiya sentyabrın 27-dən oktyabrın 4-dək ümumilikdə 1406 məhbusun müraciətinə baxıb: “Onlardan 226-nın əfv olunması barədə Gürcüstan prezidentinə müraciət olunub. Əfv olunanlar arasında qadınlar və azyaşlılar da var”.

Komissiya sədrinin sözlərinə görə, əfv olunanlardan 141-i həbsxanadan bu gün buraxılacaq, 85 nəfərin isə cəzası yüngülləşdirilib: “Gürcüstan prezidenti zaman-zaman məhbusların əfv olunması barədə fərmanlar imzalayıb. Əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olub. Yeni əfv olunanlar arasında da azərbaycanlılar var”.

Gununsesi.info





loading...