“Masallı məhbusu”nun anası Prezidentə müraciət etdi - OĞLUMU ƏFV EDİN!

  • By admin
  • 19 Fevral 2018 11:48

Bir neçə ildir ki, azadlıqdan məhrum edilən Masallı dindarlarından olan Xalid Kazımovun anası Mehriban Kazımova oğlunun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Gununsesi.info-ya Xalid Kazımovun ailəsindən bildirirlib. Məhkum anasının ölkə rəhbərinə ünvanladığı müraciətində oğlunun 2012-ci ildən həbs həyatı yaşadığı, himayəsində azyaşlı övladlarının və yaşlı anasının olduğu xatırlanır.

Qeyd edək ki, Xalid Kazımov 2012-ci il sentyabr ayında Masallı rayonunda həbs olunub. O, beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutularaq, 8 il azadlıqdan məhrum edilib. Xalid Kazımov və yaxınları bu ittihamları qəbul etməyib. İnsan hüquqları ilə bağlı hesabatlarda “Masallı İşi” adlandırılan bu həbsin başqa motivli olduğu qeyd olunub.

Gununsesi.info