“Maşın” şou MTRŞ-ya cavab verdi - "CANLI EFİRDİR, KİMİNSƏ AĞZINI BAĞLAMAQ OLMUR"

  • By admin
  • 16 Oktyabr 2017 16:54

masin_sou_025

“Maşın” şou ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun iradlarına qarşı tərəf cavab verib.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, realiti şounun baş redaktoru Tural Sevdimalı məsələyə münasibət bildirərək bunları deyib:

“Haqlı iradlar var, onlarla biz özümüz də məşğul oluruq. Rəhbərlik səviyyəsində bütün problemlər həll olunacaq. Hər şey düzəlməyə doğru gedəcək. Danışılacaq, mümkün qədər iştirakçıların da söhbətlərinə nəzarət ediləcək. Ancaq başa düşmək lazımdır ki, canlı efirdir, qəfil kiminsə ağzını bağlamaq olmur”.

Gununsesi.info